waplog

“Bulud” hesablamaları elektrik enerjisinə tələbatı azaldır


Lourens adına Milli Laboratoriyanın tədqiqatçılarının proqnozuna görə, 2014-2020-ci illərdə enerji istehlakı hesablama resurslarında tələbatın kəskin artmasına baxmayaraq 4 faiz yüksələcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqata görə, 2014-cü ildə ABŞ məlumat emalı mərkəzlərində ümumi enerji sərfiyyatı 70 milyard kVt/saat təşkil edib ki, bu da ölkədə ümumi enerji istehlakının 1,8 faizinə bərabərdir. Lakin hazırkı tendensiyalardan məlum olur ki, növbəti 4 ildə bu artım dayanacaq.  

Bildirilir ki, 2000-2005-ci illərdə serverlərin illik tədarükü 15 faiz artıb, bu müddət ərzində onların məlumat emalı mərkəzlərində sayı təxminən iki dəfə çoxalıb. Eyni zamanda 2005-2010-cu illərdə illik artım iqtisadi tənəzzülə görə 5 faizədək azalıb və hazırda bu göstərici 3 faiz təşkil edir. Proqnoza görə, qeyd olunan göstərici 2021-ci ilədək bu səviyyədə qalacaq. Azalma əsasən enerji effektivliyinin artması və virtuallaşdırma sayəsində daha optimal yüklənmə və “bulud” hesablamalarına keçidlə əlaqədardır.

Bununla yanaşı, “Google” şirkətinin nümayəndələri daha optimist olmaqla ümumi enerji sərfiyyatının 2020-ci ilədək azalacağını düşünürlər.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL