waplog

“Apple”dən yeni ultraportativ noutbuklar


“Conocord Securities” şirkətinin analitikləri “Apple” şirkətinin biznes-strategiyasını təhlil edib və onların hesablamalarına əsasən, yaxın gələcəkdə bazarda yeni nəsil ultraportativ “MacBook Air” noutbuklarını görmək mümkün olacaq.
İyun ayında “Apple” şirkətinin sifarişi üzrə noutbukların aparat quraşdırılmasına başlanacaq.
Analitiklər öz məlumatlarına istinad edərək bildiriblər ki, “Apple” istehsalın birinci mərhələsində 11,6 və 13,3 düym diaqonalla 380 000 noutbuk sifariş edib. ”Conocord”da bildiriblər ki, “Apple”in cari sifarişi artıq əvvəlkilər kimi irimiqyaslı deyil. Qeyd edək ki, əvvəl şirkət 1 dəfəyə 500 000 Air üçün sifariş edirdi.
Yeniliklərə, ilk növbədə, İntel Core i5 və Core i7 yeni mikroprosessorları, həmçinin yüksək sürətli məlumat mübadiləsi üçün Thunderbolt portları aiddir. Təsdiqlənməmiş məlumatlara görə, yeni “MacBook Air”in qiymət parametrləri dəyişikliksiz qalacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL