waplog

Selfi üçün ilk dron ixtira edilib


Selfi çubuğu uzun müddətdir əksər fotoqrafiya həvəskarları üçün əvəzedilməz qurğu hesab edilir, onsuz həm həvəskarlar, həm də peşəkarlar üçün istənilən fotosessiyanı təsəvvür etmək qeyri-mümkündür. Belə qurğular gündəlik həyata daxil olduqdan sonra onlar daim təkmilləşdirilərək daha qəribə formalar alır və daim yeni funksiyalarla təchiz edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən ventilyatorun quraşdırıldığı selfi çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, selfi çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.

Məlumata görə, avstraliyalı ixtiraçı Saymon Kantor selfi çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə “Android” və “iOS” əməliyyat sistemləri ilə uyğunluq təşkil edən selfi üçün ilk pilotsuz uçan aparat yaradıb.

Kiçikölçülü dron 25 km/saat sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin “GPS” modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir.
Bundan başqa, qiyməti 400 dollar təşkil edən qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu şəkillər çəkməyə imkan verir.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL