waplog

“EBay”ın sabiq rəhbəri “Hewlett-Packard”ın yeni baş direktoru olub


“Hewlett-Packard” şirkətinin Direktorlar Şurası, sentyabr ayının 22-də əvvəllər “eBay” internet-hərracına rəhbərlik etmiş Meq Uitmeni şirkətin yeni əsas icraçı direktoru təyin edib. Bu barədə “HP” şirkətinin press-relizində bildirilib.

Meq Uitmen şirkətin əsas icraçı direktoru və prezidenti vəzifələrini icra edəcək. “HP” şirkətinin əvvəlki rəhbəri Leo Apoteker vəzifədən kənarlaşdırılıb.

Meq Uitmen 1998-ci ildən 2008-ci ilə qədər, 10 il ərzində “eBay” internet-hərracının prezident və əsas icraçı direktor postunu tutub. Onun rəhbərliyi altında “eBay” 30 əməkdaşdan ibarət kiçik şirkətdən çoxmilyardlı biznesə çevrildi.

“HP” şirkətinin sabiq rəhbəri Leo Apoteker 2010-cu ilin oktyabr ayında icraçı direktor vəzifəsinə təyin edilib. Onun 11 aylıq rəhbərliyi ərzində şirkətin səhmlərinin qiyməti 47 faiz aşağı düşüb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL