waplog

Bakıda ikinci dairəvi rabitə şəbəkəsi yarandı


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtətrafı kənd və qəsəbələrdə rabitənin fasiləsizliyini, dayanıqlığını təmin etmək məqsədilə ikinci dairəvi rabitə şəbəkəsi yaradıb.

Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev bildirdi. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində əvvəllər Bakıda Sabunçu-Zabrat-Maştağa-Bilgəh-Buzovna-Mərdəkan-Aeroport şosesi-Sabunçu olmaqla bir dairəvi rabitə vardır.

Yeni layihə əsasında isə paytaxtda Sabunçu-Aeroport şosesi-Binə-Mərdəkan-Qala-Qala hərbi hissə-Türkan-Hövsan kənd-Hövsan-Suraxanı-Sabunçu olmaqla ikinci dairəvi rabitə yaradılıb.

Bu, Bakı və ətraf kəndlərdə sakinlərin yüksək səviyyədə rabitə xidməti ilə təmin edilməsi ilə yanaşı, hər hansı bir səbəbdən kabellərdə baş verən zədələnmələr zamanı fasiləsiz rabitənin təmin edilməsinə şərait yaradır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL