waplog

Yeni yaradılmış mikrorobotlar xərçəng xəstəliyi ilə mübarizədə kömək edəcək


Cənubi Koreyada fəaliyyət göstərən Çonnam Dövlət Universitetinin professoru Pak Suk Xo xərçəng xəstəlikləri ilə mübarizə aparmaq üçün robot texnikasına əsaslanan unikal texnologiya yaradıb. Yeni texnologiya xərçəng əleyhinə preparatların təsirini gücləndirmək qabiliyyətinə malik 20 mikrometr ölçüsündə olan robotların yaradılmasını nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti infox.ru saytına istinadən xəbər verir ki, Pak Suk Xonun sözlərinə görə, mikrorobotlar ən mürəkkəb və müalicəsi çətin olan şiş növləri ilə mübarizə üçün nəzərdə tutulub. “Fareast Gizmos” portalı mədəaltı vəz, qaraciyər, mədə, süd vəzi xərçəngini bura şamil edib. Sözügedən robotlar şişlərin müalicəsində insanın immun sisteminin tərkibinə daxil olan makrofaqlar rolunda çıxış edir.

Başqa sözlə, Cənubi Koreya alimləri tərəfindən yaradılmış mikrorobotlar xərçəng hüceyrələrini məhv edirlər. Robotlar xərçəng əleyhinə preparatları xərçəng hüceyrələrinə çatdırmaqla nəql sistemi rolunu yerinə yetirirlər.
Amma robotlarda intellekt olmadığına görə xərçəng əleyhinə preparatları hara çatdırmaq lazım olduğunu və şişin məhz harada yerləşdiyini bilmirlər.

Cənubi Koreya mütəxəssisləri bu problemi həll etmək üçün robotları xarici maqnit sahəsinə reaksiya verən miniatür maqnit nanozərrəcikləri ilə təchiz ediblər. Operator xüsusi avadanlığın köməyi ilə robotları lazımi istiqamətə yönəldərək şişin daxildən məhv edilməsini təmin edir.

Pak Suk Xonun üsulu xərçəng xəstəliklərinin müalicə effektivliyini daha yüksək səviyyəyə qaldıra bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL