waplog

Sinir və əzələlərin işini qeydə alan yığcam sensor yaradılıb


Kaliforniya universitetindən olan alimlər qrupu orqanizmə implantasiya edilmiş, sinir siqnalları və əzələlərin işinin monitorinqi üçün nəzərdə tutulmuş sensor yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən xəbər verir ki, “Neural Dust” layihəsi çərçivəsində yaradılmış sensorun prototipi düyü toxumu boydadır. Sensorun daxilində olan pezokristal orqanizmdən kənarda yerləşmiş ötürücü qurğudan gələn ultrasəs titrəyişləri elektrik enerjisinə çevirir, sinir və ya əzələ toxumasına toxunan tranzistoru enerji ilə təmin edir və elektrik aktivliyini qeydə alır.
Sensorlar artıq siçovullar üzərində sınaqdan keçirilib. İstehsalçıların sözlərinə görə, sensor artıq həm periferik sinir sistemində sinir aktivliyinin monitorinqi, həm də məsələn, epilepsiyanın müalicəsi zamanı sinir və əzələlərin stimulyasiyası üçün tətbiq edilə bilər.

Alimlər yeni ixtiranı təkmilləşdirməyi, ölçüsünü kiçiltməyi, həmçinin sensorlara qanda oksigen və ya hormonların səviyyəsini qeydə almağa imkan verən həll tapmağı planlaşdırırlar. 50 mikron ölçüsündə olan uzunömürlü qurğuları insanın beyninə implantasiya etmək mümkün olacaq. Bu halda belə sensorlar yalnız biometrik göstəricilərin monitorinqi üçün deyil, həm də protezlərin idarəsində kömək edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL