waplog

Azərbaycan Yay Olimpiya Oyunları münasibətilə poçt markalarını dövriyyəyə buraxıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC Braziliyanın Rio-de- Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına həsr edilmiş poçt markaları nəşr edib.

Olimpiya Oyunları münasibətilə 4 marka hazırlanıb.

Poçt markalarının üzərində ayrı-ayrılıqda boks, ağır atletika, Yunan-Roma güləşi və sərbəst güləş idman növləri üzrə təsvirlər əks olunub.
 
Markaların hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.
 
 
Məlumat üçün bildirək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunur. Onlar idmanın 18 növü üzrə mübarizə aparacaqlar.













































NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL