waplog

Geyimə quraşdırılan “bulud” saxlanc sistemi təqdim olunub


Alabama universitetinin iki mühəndisi tərəfindən hazırlanmış prototip üç akkumulyator batareyası və sensor ekrandan ibarət bir neçə "Raspberry Pi" mikrokompüterindən ibarətdir. Yaradıcıların sözlərinə görə, ideya istifadəçinin bir neçə qurğusunu geyimə bərkidilmiş bir serverə lokal qoşmağı nəzərdə tutur ki, bu da qurğuların serverin hesablama gücündən istifadəsinə imkan verəcək. Bu halda mobil qurğular böyük hesablama gücünə ehtiyac duymayacaq və mürəkkəb işlər zamanı geyimin altında gizlədilmiş mikrokompüterlərin gücündən istifadə edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, hazırda insanlar öz üzərində "ağıllı" saat, smartfon, fitness treker və "ağıllı" eynək gəzdirmək istəyirsə, bir neçə bahalı qurğu satın almalıdır" – layihənin rəhbəri deyib. Belə olan halda hesablama platforması ilə təchiz edilmiş geyim bu problemi həll edə bilər.
 

"Raspberry Pi" mikrokompüterinə əsaslanan sistem 10 QB əməli yaddaş və 320 QB disk sahəsinə malikdir ki, bu da istənilən smartfondan güclüdür. Beləliklə, "bulud" texnologiyası ilə təchiz edilmiş geyimə bir çox cihaz qoşmaq mümkündür.

Emil Hüseynov





NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL