waplog

“WalabotDIY” qurğusu inşaatçıların işini asanlaşdıracaq


Yeni “WalabotDIY” qurğusu inşaatçılara və interyer dizaynerlərinə divarın arxasında hansı təhlükələrin gizlənə biləcəyini görməyə kömək edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, San-Fransiskonun sensorlu “3D” vizuallaşdırma texnologiyası ilə məşğul olan "Vayyar Imaging” şirkətinin yaratdığı qurğu maqnitlər vasitəsilə “Android” sistemli smartfonların arxa hissəsinə bərkidilən kompakt ötürücü blok şəklindədir. Blok smartfona quraşdırıldıqdan sonra qurğu “USB” kabel vasitəsilə xüsusi mobil proqramla sinxronlaşmağa başlayır.

Ötürücü telefona qoşulduqdan sonra istifadəçilər telefonu dörd saniyə ərzində dairəvi şəkildə yelləməklə onun dərəcəsini ölçməlidirlər. Bütün bu əməliyyatlar başa çatdıqdan sonra qurğu vasitəsilə divarın içini görmək mümkün olacaq. Mütəxəssislərin sözlərinə görə, qurğu 10 sm qalınlığında divarın içindəki metal və plastmas obyektləri müəyyənləşdirə bilir.

“WalabotDIY” informasiyanın göstərilməsi üzrə iki rejimlə təchiz edilib. Birinci rejim istifadəçiləri divarın arxasında olan təhlükələr barədə informasiya ilə təmin edəcək bənövşəyi konturlar şəklində olan sadə təsviri görməyə imkan verəcək. Daha çox peşəkar olan ikinci rejim divarın arxasında baş verənlər barədə dərin təsəvvür yaradır.

Qurğu sayəsində inşaatçılar və interyer dizaynerləri evlərin planlarını daha effektiv fikirləşə və hazırlaya biləcəklər. Bundan başqa, evlərdə təmir işləri ilə məşğul olan insanlar divarın harasında dəlik aça bilmələri barədə ətraflı informasiya əldə edəcəklər.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə “WalabotDIY” əksər sahələrdə, o cümlədən tibbi skan və qida məhsullarının istehsalında tətbiq edilə bilər.

Hazıra istehsalçı şirkət qurğunu 299 dollara təklif edir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL