waplog

Hər gün “Facebook”a 500 milyon aktiv istifadəçi daxil olur


“Facebook” şirkətinin nümayəndələri rəsmən eyni adlı sosial şəbəkənin istifadəçi bazasının artması haqqında məlumat veriblər. Belə ki, şəbəkə üzrə artıq 800 milyon istifadəçi qeydə alınıb.

“Facebook” 800 milyon istifadəçi həddini ötməklə, növbəti dəfə dünyada ən böyük sosial şəbəkə statusunu təsdiq edib.

“F8” konfransında çıxış edən “Facebook”un yaradıcısı Mark Sukerberq öz internet layihəsinin istifadəçi bazası haqqında danışmayıb.

Əvəzində o, digər heyrətləndirici ədədi səsləndirib. Onun sözlərinə görə, hər gün “Facebook”a 500 milyon aktiv istifadəçi daxil olur.

Sosial şəbəkə səhifələrinə hər gün qeydiyyatdan keçmiş iştirakçıların yarıdan çoxunun daxil olması çoxdan məlum idi, lakin onların dəqiq sayını Mark Sukerberq yalnız indi dəqiqləşdirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL