waplog

Yaşlı insanların yerişinin monitorinqi üçün sistem hazırlanıb


Missuri Universitetinin tədqiqatçılarının yeni texnologiyası evlərdə yaşlı insanların vəziyyətini izləməklə təhlükəli yıxılmaların qarşısını alacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, yeni sistem çox sadədir və ahıl insanlardan onların bədənində hər hansı qurğunun olmasını tələb etmir. Bunun əvəzinə monitorinq sistemi yaşlı insanın yerişini vizual qiymətləndirən evdə yerləşən ötürücülər dəstindən istifadə edir. Sistem təhlükəli nəticələrin qarşısını almaq üçün yerişin sürətini, hərəkətdəki dəyişiklikləri və addımın uzunluğunu ölçür.

Alimlər qrupunun keçirdiyi tədqiqata görə, ahıl insanın yerişi saniyədə 5 sm yubananda, növbəti üç həftə ərzində yıxılma ehtimalı 86,3 faiz təşkil edir. Tədqiqatdan, həmçinin məlum olub ki, addımın uzunluğu qısa olanda, bu, növbəti həftədə yıxılma ehtimalını 50,6 faizə çatdırır.

Yeni sistemin tədqiqi və sınaqları Missuri Qocalar Evində keçirilib. Qocaların hərəkətində dəyişiklikləri qeydə alan sistem sonradan insidentin şəklini avtomatik çəkərək tibb bacılarını xəbərdar edib. Nəticədə monitorinq sistemi qocaların vəziyyətindəki dəyişikliklərə vaxtında diqqət yetirməyə imkan verib. Dəyişiklikləri aşkar edən mütəxəssislər onlara hərəkət aktivliyini bərpa etməyə kömək etmək üçün müdaxilə edə və ya yerimədə dəyişikliklərə səbəb ola bilən xəstəliklərə diqqət yetirə biləcəklər.

Digər oxşar sistemlər adətən ahılların öz üzərilərində daşımaları olduqları qurğulardan istifadə edirlər ki, bu da müəyyən narahatlıq yaradır. Yeni sistem yaradıcılarının fikrincə, bu, yaşlı insanların sərbəstliyinə və müstəqilliyinə təsir edir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL