waplog

“3D” printerdə daha ucuz əl protezi çap etmək mümkündür


“Lincoln Laboratory”nin alimləri tərəfindən hazırlanmış əl protezinin maketini “3D” printerin köməyi ilə yığmaq mümkündür.

Mühəndislər protezi elə layihələşdiriblər ki, hər bir barmaq müstəqil hərəkət edə bilir. Konstruksiyanın çətinliyinə baxmayaraq, qurğunun quraşdırılması prosesi çox sadədir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, istifadəçi müxtəlif sıxlıq dərəcəsinə malik mayelərlə doldurulmuş xüsusi boruların köməyi ilə təzyiqi hiss edəcək.
 
Protezdən istifadə edənlər üçün, həmçinin qarşılıqlı əlaqədə olduqları obyektlərin temperaturunu bilmək mühümdür. Bunun üçün isti səthə toxunuş zamanı rəngini dəyişən xüsusi ipdən istifadə edilir.
 
Alimlər öz ixtirasını bir neçə ay sınaqdan keçirdikdən sonra onun çertyojunu internetdə dərc edəcək. Bir nüsxənin dəyəri 50 dollar təşkil edəcək. Beləliklə, əl protezi ehtiyacı olanlar üçün daha əlçatan və ucuz olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL