waplog

Qlobal mobil telefon bazarı öz yüksək inkişaf mərhələsinə qədəm qoyub


“CCS Insight” analitiklərinin mobil telefon bazarı ilə bağlı məlumatları sözügedən sahənin yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə qlobal mobil telefon tədarükünün həcmi 2 milyard ətrafında olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ildə ötənilki səviyyə ilə müqayisədə tədarük həcminin 1.3% azalması gözlənilir. Çin istisna olmaqla əksər dünya bazarlarında mürəkkəb vəziyyət müşahidə olunacaq.

Sözügedən analitik şirkətin məlumatına görə, smartfonlar mobil sahənin hərəkətverici qüvvəsidir. Analitiklərin qiymətləndirməsinə görə, cari il bazara 1.42 milyon smartfon tədarük ediləcək ki, bu da 2015-ci illə müqayisədə 4.1% daha yüksəkdir. 2016-cı ildə mobil telefonların ümumi tədarük həcminin 75%-i smartfonların payına düşəcək və 2020-ci ilə bu göstərici 90%-ə yaxınlaşacaq.

“CCS Insight” şirkətinin proqnozuna əsasən, “LTE” texnologiyası çox sürətlə tətbiq ediləcək. 2016-cı ildə “LTE” texnologiyasını dəstəkləyən 1.11 milyard mobil telefonun buraxılacağı gözlənilir və 2020-ci ildə bu göstərici 1.65 milyard təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL