waplog

“Google” şirkətinin yaranmasının 18-ci ili tamam oldu


27 sentyabr 2016-cı il tarixində “Google” korporasiyasının yaranmasının 18-ci ili tamam olur. Bu münasibətlə axtarış sisteminin əsas səhifəsində bayram loqotipi yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “searchengines.ru” saytına istinadən yazır ki, istifadəçi həmin loqotipin üzərinə sıxdıqda “Google-un ad günü nə vaxtdır” sorğusu üzrə axtarış nəticələrindən ibarət səhifəyə yönləndiriləcək.

“Google.com” domeni 15 sentyabr 1997-ci il tarixində Stenford Universitetinin tələbələri Larri Peyc və Serqey Brin tərəfindən qeydiyyatdan keçirilib. Axtarış sisteminin adı təsadüfən seçilməyib: şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır. 
“Google” şirkəti rəsmən 4 sentyabr 1998-ci il tarixində təsis edilib, amma bəzən yaranma tarixini həm 7, həm də 27 sentyabr tarixində qeyd edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL