waplog

“Azərkosmos” ASC-nin əməkdaşı mötəbər SpaceMaster təqaüdünə layiq görülüb


"Azərkosmos" ASC-nin Peyk və yerüstü sistemlər departamentinin Peyk operatoru Səfurə Mirzəyeva Avropa İttifaqının Erasmus Mundus tələbə mübadilə proqramının SpaceMaster – Fəza Elmləri və Texnologiyaları üzrə magistr proqramı – çərçivəsində təhsil almaq üçün təqaüdə layiq görülüb. Səfurə bu il dünya üzrə adıçəkilən təqaüdə layiq görülmüş doqquz tələbədən biridir.
 
2016-2017-ci tədris ilindən etibarən təhsilinə başlayacaq S.Mirzəyeva ikiillik təhsil proqramının ilk ilində Almaniyanın Vürzburq Universiteti və İsveçin Lulea Texnologiya Universitetində təhsil alacaq.
 
O, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib, "Azərkosmos"  yarandığı ilk gündən şirkətdə fəaliyyət göstərib və Malayziyanın Measat və ABŞ-ın "Orbital Sciences Corporation" şirkətlərində keçirilmiş peyk idarəçiliyinə dair təlimlərdə iştirak edib.
 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL