waplog

Bu il qurğuların qlobal tədarükü 3 faiz azalacaq


"Gartner" tədqiqat şirkəti yeni hesabatında 2016-cı ildə dünyada rəqəmli qurğuların, o cümlədən kompüter, planşet, mobil telefon və smartfonların tədarükünün 3 faiz azalacağını açıqlayıb. Bu göstərici ardıcıl ikinci ildir azalır: 2015-ci ildə bazarda 0,75 faizlik qlobal azalma qeydə alınıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGate" resursuna istinadən yazır ki, "Gartner" direktoru Rancit Artvalın fikrincə, hazırda dünya qurğular bazarı yaxın vaxtlarda birrəqəmli artıma qayıda biləcək vəziyyətdə deyil.  
 
Analitiklərin qənaətinə görə, növbəti beş ildə rəqəmli qurğuların satışında, demək olar, artım olmayacaq. Bu il bahalı qurğular (Microsoft Surface, MacBook Air) və ucuz telefonlar istisna olmaqla əksər seqmentlərdə durğunluq yaranacaq.  
 
Fərdi kompüterlər bazarında bu il 8 faizlik azalma gözlənilir. Buna səbəb olan amillərdən biri avronun ötənilki devalvasiyasıdır ki, bunun da nəticəsində fərdi kompüterlərin qiyməti xeyli yüksəlib. Şirkət direktoru hesab edir ki, istehsalçılar hər vəchlə qurğuların tədarükünün azalmasının qarşısını almağa çalışacaqlar.
 
Dünyada mobil telefonların satışında bu il 1,6 faiz azalma proqnozlaşdırılır. Smartfonlar seqmenti isə əksinə, cüzi də olsa, artım nümayiş etdirəcək.
 
"Burda təəccüblü heç nə yoxdur, çünki smartfonlar bazarı bərpa mərhələsindən keçib və geniş imkanlara malik və uzun müddət yaxşı vəziyyətdə qalan modellər sayəsində artıma doğru irəliləyir", - "Gartner" nümayəndələri bildirib.  

Nizam Nuriyev  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL