waplog

“Android” sisteminin yeni versiyasının çıxış tarixi açıqlanıb


ABŞ-ın “Google” şirkəti “Android” əməliyyat sisteminin yeni 7.1 versiyasının beta sınaqlarına başlayıb. Bu haqda “Android Developers” bloqunda şirkətin vitse-prezidenti Deyv Berk məlumat verib.

“Developer Preview” sınaq yeniləməsi 2016-cı ilin oktyabrın sonunda tərtibatçılara əlçatan olacaq. Final versiyası dekabrın əvvəlində çıxarılacaq. İlk olaraq “Nexus 5X”, “6P” və “Pixel C” cihazlarının sahibləri yeni versiyadan istifadə edə biləcəklər, sonra isə “Nexus 6”, “9” və “Player” qurğuları onu dəstəkləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yeni “Pixel” və “Pixel XL” smartfonlarına öncədən “Android 7.1” mobil əməliyyat sistemi qurulacaq.

“Android 7.1”-də “iOS” sistemində mövcud olan “3D Touch”ın analoqu istifadəyə veriləcək və tərtibatçılar tətbiqin ikonkasına sıxarkən üzə çıxan menyu əlavə edə biləcəklər. Həmçinin qurğunun yaddaşını optimallaşdırmağa və lazımsız faylları silməyə imkan verən “Storage manager Intent” proqramı təqdim edilib. Sistemin standart klaviaturası stiker və animasiyalı şəkillərdən istifadəyə imkan verəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL