waplog

Mobil bankçılıq istifadəçilərinin sayı 67% artacaq


2021-ci ilə mobil bankçılıqdan istifadə edənlərin sayı 2 milyarda yaxınlaşacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, “Juniper Research” analitik şirkətinin məlumatına əsasən, 2021-ci ilin sonuna öz qurğularını mobil bankçılıq üçün istifadə edən mobil telefon sahiblərinin sayı 2 milyard təşkil edəcək. Cari ildə belə istifadəçilərin sayı 1.2 milyard olub.

Artıq bir çox ölkələrdə mobil bankçılıq xidmətindən istifadə edənlərin sayı onlayn bankçılıq istifadəçilərinin sayını ötür. Mobil bankçılıq xidmətinin inkişafına səbəb bank proqram təminatlarının geniş yayılması və istehlakçıların maliyyə vərdişlərinin dəyişilməsidir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL