waplog

2017-ci ildə qlobal İT bazarında artım qeydə alınacaq


“Gartner” analitik şirkətinin proqnozuna görə, gələn il qlobal İT bazarında artım qeydə alınacaq. Əgər Böyük Britaniya Avropa Birliyində qalsaydı, cari ildə də artım müşahidə olunardı.

Analitiklərin gözləntilərinə əsasən, 2017-ci ildə informasiya texnologiyalarına (İT) sərf ediləcək qlobal xərclərin həcmi 3.5 trilyon dollara yaxınlaşacaq ki, bu da cari illə müqayisədə 2.9% daha yüksəkdir. 2016-cı ildə İT sahəsinə sərf ediləcək xərclərin həcmi 3.4 trilyon dollar təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 0.3% azdır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, tədqiqatçılar proqram təminatı bazarını qlobal İT sahəsinin ən sürətli inkişaf edən seqmenti adlandırıblar. 2016-cı ildə sözügedən seqmentdə 6% (333 milyard dollaradək), 2017-ci ildə isə 7% (357 milyard dollaradək) artım qeydə alınacaq. Həmçinin analitiklər İT xidmətlər bazarında 2016-2017-ci illərdə müvafiq olaraq 3.9% və 4.8%-lik artım proqnozlaşdırırlar.

Telekommunikasiya xidmətləri əvvəlki kimi İT bazarının ən böyük seqmentidir. “Gartner”in analitikləri 2016-cı ildə bu sahədə təxminən 1.4 trilyon dollar xərclənəcəyini proqnozlaşdırırlar ki, bu da 2015-ci illə müqayisədə 1.1% azdır. 2017-ci ildə bu seqmentdə 1.9%-lik artım qeydə alınacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL