waplog

Rəqəmli çevirici qurğudan istifadə üçün nələrə əməl etmək lazımdır?


Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında analoq yayım dayandırılaraq, tam olaraq rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2011-ci ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
 
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box")  radioelektron malların satış məntəqələrindən və istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.
 
Qeyd edək ki, rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
 
 Hazırda bir çox satış məntəqələrində və poçt şöbələrində satılan "NPR-4000T" markalı rəqəmli çevirici qurğu analoq televizorlara qoşulmaqla açıq yayımlanan DVB-T standartlı rəqəmli televiziya proqramlarının qəbulu üçün nəzərdə tutulub. Beləliklə, sözügedən qurğunun sazlanması üçün nəzərdə tutulan təlimatı təqdim edirik.
 
- Çevirici qurğu vasitəsilə rəqəmli televiziya proqramlarını qəbul etmək üçün analoq televizora birləşdirilən adi efir antenası bu qurğunun arxa hissəsində yerləşən RF İN girişinə qoşulmalıdır;
 
 
- A/V (üçrəngli başlığı olan) kabelin bir tərəfi rənginə uyğun olaraq çevirici qurğunun arxa hissəsində yerləşən VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- A/V kabelin digər tərəfi isə analoq televizorun arxasında (və ya yan hissələrində) yerləşən İN VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- Analoq televizorların arxa hissəsində yalnız İN VİDEO (sarı) və R-AUDİO (qırmızı) və ya İN VİDEO (sarı) və L-AUDİO (ağ) girişləri olduqda  yalnız bu qeyd olunan iki girişə A/V kabelin qoşulması təmin edilməlidir;
 
 
- Yuxarıda qeyd olunan kabellər birləşdirildikdən sonra qurğunun elektrik kabeli 220V-luq şəbəkəyə qoşulmalı və bu halda qurğunun ön hissəsində sol tərəfdə qırmızı işıq yanarsa, bu işığın yanında olan və ya pultdakı POWER düyməsi basılmalı, analoq televizor A/V rejiminə keçirilməlidir;
 
 
- Çeviricinin pultundakı Menyu düyməsi basılaraq Menyuya daxil olmaq lazımdır;
 
 
- Pultun idarəetmə düymələrindən (sağ, sol, yuxarı və aşağı) istifadə etməklə Menyuda Axtarış (Поиск) səhifəsinə keçmək və Avtomatik və ya Əl ilə  (РУЧНОЙ) axtarışa daxil olmaq lazımdır;
 
 
- Əl ilə axtarış (РУЧНОЙ) zamanı kanal tezliyi (ЧАСТОТА КАНАЛА) qurğunun yerləşdiyi yaşayış məntəqəsində rəqəmli televiziya kanalına uyğun  seçilərək (Məsələn, Bakı şəhəri üçün 37 və 48-ci TV kanallar) axtarış üçün OK düyməsi basılmalıdır.
 
Xatırladaq ki, qurğunun analoq televizora qoşulması ilə bağlı hər hansı əlavə sual yaranarsa, hər gün 24 saat ərzində ölkənin istənilən yaşayış məntəqəsindən  01 fevral 2017-ci il tarixinədək ödənişsiz olmaqla
1411 "qaynar xətt"inə zəng etmək və ya "www.dvbt.az" saytından ətraflı məlumat əldə etmək olar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL