waplog

“Azərpoçt”da yeni xidmət


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır. Yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Belə ki, vətəndaşlar itirilmiş hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və əgər tapılıbsa, sənədini ala biləcək.  

 

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda  ictimaiyyətə  ətraflı məlumat  veriləcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL