waplog

“Bragi Dash” qulaqcığı smartfonu jestlərlə idarə etməyə imkan verəcək


“Bragi” şirkəti bu günlərdə “Bragi Dash” simsiz qulaqcıq sahiblərinin “Bragi OS 2.2” qurğusu satışa çıxarıldıqdan sonra yararlana biləcəkləri bir sıra yeniliklər barədə açıqlama verib. Məlumata görə, noyabrın 21-də təqdim ediləcək yenilənmədə çoxlu düzəlişlərin olacağı gözlənilir. Məsələn, proqram tərtibatçıları nəbzin ölçülməsinin dəqiqliyini artırmaq, “Bluetooth”un işindəki problemi aradan qaldırmaq və musiqini dinləyərkən fon səslərini də eşitməyə imkan verəcək xüsusi sistem əlavə etmək fikrindədirlər.

“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, lakin “Bragi OS 2.2” satışa çıxarıldıqdan sonra əsas diqqətçəkən məsələ qulaqcıqda "MyTap” funksiyasının yer almasıdır. Funksiya vasitəsilə istifadəçilər, sadəcə, barmağı yanağa yaxınlaşdıraraq “Siri” və ya “Google Now” servislərindən yararlana bilmək, eləcə də gələcəkdə zənglərə baş hərəkətləri ilə cavab vermək və pleyerdə musiqi parçalarını əl jestləri ilə dəyişmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, “Bragi Dash” musiqini səsləndirməklə yanaşı, nəbzi və atılan addımların sayını izləməyə, həmçinin qarnitur rejimində işləməyə imkan verir.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL