waplog

“Galaxy S8” smartfonu süni intellektlə təchiz ediləcək


“Samsung” şirkətinin gələn il istehsal ediləcək əsas qabaqcıl qurğusu olan “Galaxy S8” smartfonu  süni intellektlə təchiz ediləcək. Bu haqda şirkətin nümayəndələri Seulda keçirilmiş mətbuat konfransında məlumat veriblər.

"S8 süni intellekt texnologiyasına malik ilk smartfonumuz olacaq" – “The Korea Times” nəşri “Samsung Electronics” şirkətinin vitse-prezidenti Ri İn Yenin sözündən sitat gətirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy S8” qurğusunda tətbiqi nəzərdə tutulan “Viv” virtual köməkçisi “Siri”nin yaradıcıları Daq Kittlaus və Adam Çeyer tərəfindən hazırlanıb. “Samsung”un nümayəndəsinin sözlərinə görə, sistem kənar tərtibatçılar üçün açıq olacaq və onlar öz tətbiq və xidmətlərinin plaqinlərini sistemin funksionallığına əlavə etmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, cari ilin yazında təqdim edilmiş “Viv” virtual köməkçisi “Amazon Alexa” köməkçisi və ya “Facebook Messenger” çat botlarına daha yaxındır, çünki məhsulların alışı və ya rezervasiya üçün kənar sistemlərə qoşula bilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL