waplog

“Skype” servisində “Android” qurğuları üçün tez zəng etmə funksiyası istifadəyə verilib


“Microsoft” korporasiyası son vaxtlar “Skype” xidmətinin inkişafına böyük diqqət yetirir. Belə ki, servisin “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün təqdim edilən növbəti yenilənməsində istifadəçi interfeysi daha da yaxşılaşdırılıb və bir neçə yeni funksiya əlavə olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əlavədə “dialer” zəng proqramının işə salınması üçün yeni düymə, zənglər pəncərəsində isə tez zəng etmə imkanı yaradılıb. Qrup zənglər zamanı hazırda yalnız danışan abunəçini göstərən işıq yanmağa başlayır ki, bu da baş verənlərdən daha yaxşı xəbərdar olmağa imkan verir.
 
Mütəxəssislərin sözlərinə görə, yenilənmə bir sıra məlum problemlərin, o cümlədən səsli bildirişləri dinləyərkən audionun səsləndirilməsi ilə bağlı problemin həllinə kömək edəcək.
 
Qeyd edək ki, “Skype Insiders Program” proqramının iştirakçısı olmaqla “Skype”ın bütün yeni funksiyalarından ilkin istifadə etmək olar.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL