waplog

2020-ci ilə “bulud” trafikinin həcmi 4 dəfə artacaq


“Cisco” şirkətinin “Cisco Global Cloud Index” (2015 – 2020) illik hesabatına görə, “bulud” trafikin həcmi 3.7 dəfə (2015-ci ildə 3.9 zettabaytdan  2020-ci ilə 14.1 zettabaytadək) artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır  ki, 2015-2020-ci illərdə məlumat mərkəzi tərəfindən həyata keçirilən biznes məsələlərinin sayı 2.4 dəfədə artacaq, ancaq onların məlumat mərkəzinin ümumi yüklənməsində ümumi payı 79%-dən 72%-dək azalacaq. Eyni dövrdə istehlak məsələlərinin sayı 3.5 dəfə artacaq və 2020-ci ilə məlumat mərkəzində həyata keçirilən məsələlərin 28%-i istehlakçı sektorunun payına düşəcək, 2015-ci ildə bu göstərici 21% təşkil edib.

Bu halda “əşyalar interneti”, təhlil və verilənlər bazası proqramları biznes məsələləri arasında artım nümayiş etdirib. İstehlak məsələləri arasında sosial şəbəkələr və video daha sürətli artım nümayiş etdirəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL