waplog

Yeni metro stansiyaları müasir informasiya texnologiyaları ilə təmin olunacaq


Yeni metro stansiyaları ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin ediləcək.

Bakı Metropolitenindən verilən məlumata görə, beynəlxalq standartlara uyğun tikilən “Avtovağzal” stansiyasında bütün infrastruktur, o cümlədən, informasiya və kommunikasiya texnologiyaları ən müasir tələblər səviyyəsində qurulacaq.

Burada məlumat üçün posterminallar və əhalinin bütün informasiyaları əldə etməsi üçün monitorlar da qurulacaq.

Daha bir yenilik isə “Məşədi Əzizbəyov” stansiyası ilə bağlıdır. Belə ki, stansiyanın üst hissəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar stansiyanın perronu da müasirləşdiriləcək və orada da müasir texnologiyaların köməkliyi ilə monitorlar qurulacaq.

Bundan başqa, stansiyalarda gündəlik xəbər bankının ötürülməsi üçün elektron tablolar qurulacaq

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL