waplog

2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq


Dünyanın aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri   "Ericsson" şirkətinin proqnozuna əsasən, 2022-ci ilə smartfon sahibləri ilə operatorlar arasında bağlanmış abunə xidməti müqavilələrinin sayı 2 dəfə artacaq ki, bu da mobil trafikin həcminin 8 dəfə artmasına səbəb olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır  ki, şirkətin proqnozuna görə, 2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 3.9 milyard təşkil edəcək.

Cari ilin iyununda İsveç şirkətinin əvvəlki qiymətləndirməsinə əsasən, 2021-ci ilin sonunda smartfon istifadəçilərinin sayı 6.3 milyard səviyyəsində gözlənilirdi.

"Ericsson" şirkətinin strategiya və texnologiyalar üzrə direktoru və baş vitse-prezidenti Ulf Evaldsson izah edib ki, proqnoz əsasən beşinci nəsil mobil rabitə xidmətinin gözlənilən populyarlığı səbəbindən dəyişdirilib. 2022-ci ildə dünyada 550 milyon "5G" istifadəçisinin qeydə alınacağı bildirilir.

İlk "5G" rabitə şəbəkəsi artıq 2017-ci ilin sonunda istismara veriləcək. "Ericsson" şirkətinin rəsmiləri hesab edirlər ki, 2018-ci ildə operatorlar onun "5G" avadanlığını satın alacaqlar.

Smartfonların geniş yayılması mobil trafikin həcminin artımına imkan yaradır, videoməzmuna baxış sonuncunun böyük hissəsini təşkil edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL