waplog

Yeni “Samsung” smartfonlarının təqdim ediləcəyi vaxt məlum olub


Cənubi Koreyanın "Samsung" şirkəti dekabrda yeni "Galaxy C5 Pro" və "Galaxy C7 Pro" smartfon modellərinin təqdimatını keçirməyi planlaşdırır.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, "Galaxy C5" modeli "SM-C5010" seriyası və 2 giqahers takt tezlikli səkkiznüvəli "Qualcomm Snapdragon 625" prosessoru ilə təchiz ediləcək.
 
Məlumata görə, digər model - "Galaxy C7 Pro" oktyabrda nümayiş etdirilən daha güclü 2,2 giqahers takt tezlikli "Qualcomm Snapdragon 626" prosessoruna malik olacaq.
 
Hər iki qurğunun əsas texniki xüsusiyyətləri hələ ki məlum olmasa da, "Galaxy C7 Pro" modelinin Hindistanda keçirilən texniki sınaqlarının ilkin nəticələrinə görə, qurğunun 5,7 düymlük displeylə təchiz ediləcəyi bildirilir.  

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL