waplog

Bu messencerdə videoya baxış rejimi təkmilləşdirilib


Populyar “WhatsApp” messencerinin yaradıcıları xidmətin ən qıcıqlandırıcı çatışmazlıqlarından birini düzəldiblər. Artıq qəbul olunan videonu yükləyərkən ona baxmaq mümkündür. Əvvəllər istifadəçilər ilk öncə videofaylı qurğuya yükləməli və yalnız bundan sonra ona baxa bilərdilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, həmçinin xatırladaq ki, bu yaxınlarda “WhatsApp” messencerində iki mərhələli autentifikasiya funksiyası, həmçinin çoxdan gözlənilən videozəng dəstəyi istifadəyə verilib.

Hazırda yükləmə zamanı videoya baxış funksiyası yalnız “Android” mobil əməliyyat sistemində əlçatandır, amma tezliklə başqa platformalarda da istifadəyə veriləcək.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL