waplog

Proqramlar üçün “microSD” kart standartı təsdiq edilib


"SD Card Association" qeyri-kommersiya təşkilatı smartfon və planşetlərdə proqramların işə salınması üçün "SD" tipli yaddaş kartlarına qoyulan minimal tələbləri təsvir edən yeni standart ("SD Specification 5.1") qəbul edib. Mobil qurğular üçün yeni "SD" kartlar məlumatları saniyədə 500 Mbit sürətlə yaza və 1.5 Mbit sürətlə oxuya bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "http://hitech.vesti.ru" saytına istinadən yazır ki, "Secure Digital" kartlarından istifadə standartı hələ 1990-cı illərin sonlarında "SanDisk" və "Toshiba" şirkətləri tərəfindən multimedia fayllarının (musiqi, video, şəkil) saxlanılması üçün universal qurğuların yaradılması məqsədi ilə hazırlanıb.

Müəyyən vaxtdan sonra "SD" kartlar daha yüksək məhsuldarlığı və yeni formatlı videoları yazmaq qabiliyyəti sayəsində başqa formatları sıxışdırmağa başlayıb. Nəticədə "SD" kartlar proqramların saxlanılması üçün de-fakto standarta çevrildi.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL