waplog

Alimlər bədəni soyudan parça icad ediblər


Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək hazırlanıb. Yeni material xarici istilik şüasını keçirmir. Ancaq eyni zamanda köynək insanın bədəni tərəfindən yaradılan istiliyin 90%-ni buraxır.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur.

Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək
kondisionerlərdən istifadəni azaldacaq.

Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin  sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL