waplog

“Google” tam bərpa olunan enerjidən istifadəyə keçəcək


"Google" və "Apple" kimi iri texnoloji şirkətlər ekologiyaya böyük diqqət yetirir. Məsələn, onlar təbii resursları sərf etməmək üçün bərpa olunan enerji mənbələrindən aktiv istifadə edirlər.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, bu yaxınlarda "Google" əməkdaşları növbəti ildən şirkətin xalis enerjidən istifadəyə tam keçmək niyyətində olmasını açıqlayıblar. Belə ki, artıq yaxın vaxtlarda şirkətə məxsus məlumat emalı mərkəzləri və ofislər günəş, külək və nüvə enerjisindən istifadəyə keçməyə başlayacaq.

"Biz bərpa olunan enerji mənbələrinin alışı üçün irimiqyaslı və uzunmüddətli sazişlər yaradan ilk korporasiyalardan biriyik. 2010-cu ildə biz Ayova ştatının külək ferması ilə elektrik enerjisinin alınmasına dair ilk saziş imzaladıq. Bu gün biz dünyada iri korporativ bərpa olunan enerji alıcısıyıq və 2,6 vatt külək və günəş enerjisinə nail olmaq üçün öhdəlik götürmüşük. Bu, əksər böyük müəssisələrdən çoxdur", - "Google" nümayəndələri bildiriblər.

"Google", həmçinin planetin qorunmasına həsr edilən sayt istifadəyə verib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL