waplog

Növbəti il mobil proqramlar üçün xərclər 166 milyard dollara çatacaq


"App Anie" analitik mərkəzi hesablama apararaq 2017-ci ildə mobil əlavələr üçün ümumi xərclərin 166 milyard dollara çatacağını açıqlayıb. Bu məbləğin 65 milyard dolları istifadəçilərin, 101 milyard dolları reklamçıların xərclərini təşkil edir.

"ICTnews" Elektron xəbər Xidməti "HiTech-News" resursuna istinadən yazır ki, əsas gəlir mənbəyi əvvəllər olduğu kimi, oyunlar, sosial şəbəkələr və videoservislər olacaq. Həmçinin tanışlıq və video platformaları üçün əlavələrin populyarlığının artacağı proqnozlaşdırılır. Bu il istifadəçilər vaxtlarının çox hissəsini alış-veriş malları üçün əlavələrə sərf ediblər, lakin 2017-ci ildə internetdən kənar pərakəndə satışın inkişafı gözlənilir. Bundan başqa, "YouTube", "Snapchat" və "Facebook" kimi videoservislərin populyarlığının artacağı bildirilir. Bu ilin oktyabrında istifadəçilərin "YouTube"da sərf etdikləri vaxtda 45 faiz artım qeydə alınıb. 

Həmçinin ekspertlərin proqnozlarına görə, səsli axtarış sorğularının populyarlığında artım olmayacaq və ümumi sayın 2 faizini təşkil edəcək.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL