waplog

“Facebook” real vaxt rejimində audio yayım xidmətini istifadəyə verib


“Facebook” sosial şəbəkəsi “Live Audio” adlı audio yayım xidmətini istifadəyə verib: kontentin çatdırılması üzrə yeni sistem hələ ki sınaq rejimində işləyir.

Məlumata görə, real vaxt rejimində audio yayım müsahibə təşkil etməyə və səsli formatda müxtəlif materialları paylaşmağa imkan verəcək. Bəzi hallarda belə yanaşma videoseanslardan daha faydalı ola bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Live Audio” xidməti  reportaj buraxılış qabiliyyəti aşağı olan kanalın köməyi ilə internetə qoşulma zamanı aparıldıqda, həmçinin faydalıdır.

“Facebook” istifadəçiləri “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda “Live Audio” xidmətindən istifadə zamanı, hətta başqa proqramla işlədikdə və ya cihazı blokladıqdan sonra materiallara qulaq asa biləcəklər. “iOS” istifadəçiləri isə sosial şəbəkənin başqa bölmələri ilə işləyə-işləyə audio yayımı dinləyə biləcəklər.

“Live Audio” xidməti gələn ilin əvvəlində hamı üçün əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL