waplog

Fransada poçtalyon rolunu yerinə yetirən pilotsuz uçan aparatlar təqdim edilib


Fransanın "DPDgroup" poçt şirkəti poçt bağlamalarının çatdırılmasında dronlardan istifadəyə dair ölkənin Baş Mülki Aviasiya İdarəsindən icazə alıb.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, sınaqlar bir çox ölkələrdə (məsələn, Sinqapur və Avstraliya) aparılır. "Amazon" şirkəti artıq bu məqsədlə ABŞ-da pilotsuz uçan aparatlardan aktiv istifadə edir. Ancaq hələ ki dronlar yerli qanunvericiliyin xüsusiyyətləri və zəruri infrastrukturun olmaması səbəbindən bağlamaların müntəzəm çatdırılmasında istifadə edilmir.

"DPDgroup" şirkəti son iki ildə dronları sınaqdan keçirib. Bu müddət ərzində aparatlar ümumilikdə 600 saatdan çox havada olublar. 2015-ci ildə layihənin ilk təqdimatında poçt bağlaması Fransanın Nəqliyyat hakimiyyətinin nümayəndələrinə çatdırılıb. Nümayiş zamanı pilotsuz uçan aparat 1.5 kq ağırlığında bağlamanı 14 km məsafəyə çatdırıb.

İndi "DPDgroup" şirkəti poçt bağlamalarının 15 km-lik məsafəyə çatdırılması üçün dronlardan istifadə edir. Bağlamalar poçt şöbələrinə və xüsusi enmə meydançasına malik olan şirkətlərə çatdırılır. Pilotsuz uçan aparat həftədə bir neçə dəfə yalnız kommersiya bağlamalarının çatdırılması üçün istifadə olunur.

Şirkətin pilotsuz uçan aparatının maksimum uçuş məsafəsi 20 km təşkil edir. Aparat saatda 30 km sürətlə hərəkət edə və 3 kq ağırlığında bağlamaları daşıya bilər. Dron naviqasiya üçün "GPS" və kameradan istifadə edir: çəkilən şəkillər poçt şöbəsindəki operatorun pultuna ötürülür.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL