waplog

“Gartner”: 2019-cu ilə smartfonlarla edilən əməliyyatların 20%-i virtual assistentlər üzərindən həyata keçiriləcək


"Gartner"in analitikləri tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, ABŞ-da rəyi soruşulanların 42%-i, Böyük Britaniyadan isə 32%-i son üç ayda ən azı bir dəfə smartfonda şəxsi virtual assistentə ("VPA") müraciət edib. Rəyi soruşulmuşların 37%-dən çox hissəsi isə ən azı gündə bir dəfə "VPA" xidmətlərindən istifadə edir. Analitiklərin proqnozuna görə, yaxın illərdə istifadəçilər arasında "VPA" xidmətlərinin populyarlığı o qədər artacaq ki, 2019-cu ildə artıq smartfonlarla edilən əməliyyatların 20%-i virtual şəxsi assistentlər üzərindən həyata keçiriləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "computerworld.ru" saytına istinadən yazır ki, "VPA" arasında ən geniş yayılmış xidmətlər "Apple Siri" və "Google Now"-dur. Respondentlərin 54%-i "Siri" xidmətindən istifadə edir. ABŞ-da rəyi soruşulanların 48%-i, Böyük Britaniyada isə 41%-i "Google Now" xidmətindən yararlanır.

Virtual assistentlər hələ ki yalnız sadə komandalar yerinə yetirmək qabiliyyətinə malikdirlər: zəngli saatı qurmaq və ya internetdə informasiya axtarmaq, amma yaxın gələcəkdə mürəkkəb məsələləri (məsələn, maliyyə əməliyyatları) də həll edə biləcəklər. 2020-ci ilə mobil qurğuların bir çoxunda səs və jestlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verən interfeyslər əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL