waplog

Hərəkətə həssas divar interyeri canlandırmağa kömək edəcək


Avstraliyada divarlar üçün istənilən interyeri canlandıra bilən “ağıllı” işıq diodu panelləri təqdim olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, daxili divarlar monoton və vaxt ötdükcə cansıxıcı ola bilər, lakin Avstraliyanın “ENESS” şirkəti istənilən mənzilin xarici görünüşünü dəyişmək üçün yeni işıq diodu panelləri hazırlayıb. Panellər otaqda hərəkətdən işə düşməyənədək onlarla örtülən divar standart görünsə də, qoşulma zamanı işıq diodları massivi bütün təsvirləri və animasiyaları göstərməyə başlayır.

Məlumata görə, ilk “ENESS” divarı iki həftə əvvəl ölkənin Melburn şəhər xəstəxanasının pediatriya şöbəsində quraşdırılıb. “ENESS” hərəkətlərə reaksiya verə bilən “ağıllı” divar idarəetmə sistemini yaratmaq məqsədilə “DesignInc” arxitektura şirkəti ilə əməkdaşlıq edib.

Panellər insan onların yanından keçərkən işləməyə başlayır və divara baxan şəxsin hərəkətinə uyğunlaşdırılan animasiya işə düşür. Bundan başqa, sistem insanın divara yaxınlaşmasını və ya əksinə, uzaqlaşmasını hiss edə bilir ki, bu da ona miqyası adaptasiya etməyə imkan verir.

Sistemin uşaq xəstəxanaları üçün faydalı olmasına baxmayaraq mütəxəssislər bununla kifayətlənmək niyyətində deyillər. Onlar panellərdən hotel, mağaza və digər yerlərdə istifadə etməyi düşünürlər.
Gələcəkdə şirkət sistemin səs, toxunuş və bədən istiliyinə reaksiyasını əlavə etməyi planlaşdırır. Bundan əlavə, istifadəçilərin interaktiv ekranda görmək istədikləri bütün animasiya və təsvirlərin dəstəklənməsinin əlavə olunması nəzərdə tutulur.

Hazırda panellərin arxitektor və dizaynerlərə satılmasına başlanılıb.

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL