waplog

Ən bahalı pərakəndə satış brendi məlum olub


“Kantar” analitik şirkəti elektron ticarət nəhəngi “Amazon” şirkətini dünyanın ən bahalı pərakəndə satış brendi seçib.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, 2016-2017-ci illərin 25 ən bahalı pərakəndə satış brendi reytinqinə görə, ABŞ-ın internet pərakəndə satış şirkətinin dəyəri 98,98 milyard dollar qiymətləndirilib ki, bu da bir il əvvəlki göstəricidən 59 faiz çoxdur.

Məlumata görə, siyahıda ikinci yeri tutan Çinin “Alibaba” elektron ticarət holdinqi 49,29 milyard dollar qiymətləndirilib. Bu, ötən ilin nəticələrindən 26 faiz azdır.

Sonrakı yerlərdə “Home Depot” (36,44 milyard dollar, +32 faiz), “Walmart” (27,27 milyard dollar, - 23 faiz) və “IKEA” (18,08 milyard dollar, +6 faiz) şirkətləri qərarlaşıb.

Reytinqdə ilk 25 brendin ümumi dəyəri 2015-ci illə müqayisədə 7 faiz artıb. “Kantar” analitikləri qeyd ediblər ki, ilk onluqda 3 informasiya texnologiyaları şirkəti - “Amazon”, “Alibaba” və “eBay” yer alıb.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL