waplog

Neyron şəbəkəsinə avtomobil diaqnostikası öyrədiləcək


İsrailin “3DSignals” startapı nəqliyyat vasitələrinin 98 faiz dəqiqliklə avtomatlaşdırılmış diaqnostikası üçün nəzərdə tutulmuş sistem üzərində işlərə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, indi avtomobillərin diaqnostikası üçün vizual müayinə və kompüter diaqnostikası kimi metodlardan istifadə olunur. Sonuncu halda skanerlər müvafiq kod (“DTC”) üzrə nasazlığı aşkar etməyə imkan verir, ancaq belə cihazlar çox vaxt brenddən və ya avtomobil qrupundan asılı olaraq fərqlənir. Bundan başqa, bu halda potensial problemlərin aşkar edilməsi şansı, demək olar, sıfıra bərabərdir.

“3DSignals” startapı tərəfindən hazırlanan sistemin işi dərin kompüter təliminə əsaslanır. Nəqliyyat vasitəsi 100 kilohersədək qəbul edilən tezliklər diapazonuna malik mikrofonlarla təchiz edilir və sonuncu smartfon və ya planşetə qoşulur. Bundan sonra yazılmış səs-küy serverə ötürülür və orada alqoritm səsi təhlil edərək nasazlığın səbəbini göstərir.

Firmanın həmtəsisçisi Yair Lavinin sözlərinə görə, xidmətin imkanları qeyri-məhdud olmayacaq. Məsələn, sistem nasazlığın kritik vəziyyət alacağı anı dəqiq müəyyənləşdirə bilmir.

Məlumata görə, yaxın vaxtlarda sözügedən alqoritm avtomexaniklərin işini əlindən almayacaq. Bu sistemlə ilk növbədə sürücüsüz avtomobilləri təchiz etmək planlaşdırılır. İndi startap sistemin zavod və yeni maşınlarda quraşdırılması məqsədi ilə Avropanın avtomobil istehsalçıları ilə danışıqlar aparır.

Emil Hüseynov


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL