waplog

Kiçik qurğu ətraf səsdən gözəl musiqi yaradır


Mütəxəssislər əşyalarla təmasda musiqi yarada bilən qeyri-adi qurğu təqdim ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "Gecho" adlanan qurğu 86х54 mm ölçüsündə kiçik çap platası üzərində polifonik sintezatordur. 32 bit tutumlu ARM prosessor əsasında qurulan qurğu sisteminə yaxınlaşan barmaqları müəyyənləşdirə bilən 4 kontaktsız ötürücü, eləcə də düymələr dəsti daxildir. Bundan başqa, qurğu barmaqla stolu taqqıldatmaq və ya istifadəçinin fit çalması kimi əksər yaxın səsləri emal etməyə imkan verən 2 həssas mikrofonla təchiz edilib. Həmçinin "Gecho" maqnit sahəsi və infraqırmızı ötürücülərə malikdir.

Bildirilir ki, iş zamanı sintezator bütün ötürücü və mikrofonlardan informasiya alaraq sonradan onu akkordları ardıcıllıqla formalaşdırmaq üçün bir sıra filtrlərdən keçirir, eyni zamanda kənar səslər emal edilərək nəticədə əlavə səslərə çevrilir. Yaranan musiqini qulaqcıqlar üçün 3,5 mm-lik çıxış vasitəsilə dinləmək mümkündür. Plata ötürücüləri aktivlik səviyyəsini göstərən və ya yaranan melodiya ilə ahəng yaradan 29 işıq diodu üçün əsas rolunu oynayır.

Qurğunun bu versiyasında rahatlıq yaradan səslərin bir neçə üsulu mövcuddur: "Gecho" qurğusunun üst tərəfində yerləşən düymələr tərpənərək müxtəlif səslər çıxarır, maqnit halqa notları daxil edir, mikrofonlar kənar səsləri toplayır, giriş xətti isə istənilən elektron musiqi alətini qoşmağa imkan verir.

Hazırda mütəxəssislər "Kickstarter" vəsait toplanışı saytında maliyyələşdirmə axtarmaqla məşğuldurlar. Burada sintezator üçün 128 avroya ilkin sifarişlərin qəbulu aparılır.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL