waplog

Dirijabllar hava anbarlarına çevriləcək


ABŞ-ın "Amazon" şirkəti yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması məqsədilə hava anbarları üçün patent hüququ alıb. Bu barədə "CB Insight" tədqiqat şirkətinin mütəxəssisi "Twitter" səhifəsində məlumat verib. 

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, patent mətninə görə, şirkət dronların da saxlanılacağı hava anbarlarının yaradılması sayəsində pilotsuz uçan aparatlarla çatdırılma vaxtını optimallaşdırmağı planlaşdırır. Anbarlar üçün baza rolunda stasionar yerləşdirilən dirijabllar çıxış edəcək ki, orada da bu və ya digər mallara tələbatın artacağı proqnozlaşdırılır.

Məlumata görə, hava anbarlarında, məsələn, yaxın yaşayış məntəqələrinə operativ çatdırılma üçün tez xarab olan məhsulları və ya gündəlik tələbat mallarını saxlamaq mümkün olacaq. Dirijablları 13 700 metr hündürlükdə yerləşdirərək bir-birinə bağlamaq təklif olunur. Yerüstü anbarlar üçün nəzərdə tutulan dirijablların ölçüsünün kiçik olacağı bildirilir.

Qeyd olunur ki, "Amazon" yüklərin pilotsuz uçan aparatlar vasitəsilə çatdırılması sisteminin hazırlanması ilə 2013-cü ildən məşğuldur. Dronların 2,3 kiloqramadək bağlamaları sifarişdən 30 dəqiqə sonra lazımi yerə çatdıracaqları nəzərdə tutulub. Şirkət bu ilin yayında Böyük Britaniyada ilk logistika mərkəzi inşa edərək dekabrın 7-də ilk belə çatdırmanı həyata keçirib.

Nizam Nuriyev 


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL