waplog

Yeni qurğu aeroportda təhlükəli sərnişinləri müəyyənləşdirəcək


Hava limanında təhlükəsizliyin təmini məqsədini daşıyan yeni ikidilli qurğu real vaxt rejimində həqiqiliyi təsdiq edən avtomatlaşdırılmış virtual sistemdir (AVATAR).

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, hazırda ABŞ alimləri Kanada Sərhəd Xidməti Agentliyi ilə birlikdə belə sərhəd təhlükəsizliyi sistemlərinin ölkəyə gələn şəxslərin gizli niyyətinin olmasını müəyyənləşdirməyə kömək etməsini aydınlaşdırmaq üçün robotlaşdırılmış qurğunun sınaqlarını keçirirlər.  

Tədqiqat müəlliflərinin sözlərinə görə, sistemlə ünsiyyət aeroportda qeydiyyata və ya supermarketdə özünəxidmət kassası qarşısında hərəkətlərə bənzəyir. Alimlər qurğunu suallar verən virtual həmsöhbət monitoruna oxşar kimi təsvir edərək sual verilən sərnişinin fiziologiya və davranışda dəyişikliklərin qeydə alınmasını bildirirlər.

Sistem potensial riskin olması qənaətinə gəlməyə imkan verən göz, səs, jestlər və pozalarla əlaqədar xüsusi siqnalları aşkarlayır. Belə ki, sərnişinə bir sıra suallar verilir, dəyişiklikləri izləyən proqram təminatı isə cavabları təhlil edir, eləcə də yalanın və ya spesifik davranışın fiziki əlamətlərini müəyyənləşdirir. Həmçinin insanların tez-tez gözlənilən uçuşa görə əsəbi olmaları səbəbindən bazanın yoxlanılması üçün bir sıra sadə suallar verilir.

Alimlərin fikrincə, süni intellekt əsasında oxşar sistemlər təkcə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün deyil, eyni zamanda hüquq-mühafizə orqanlarında, müsahibələrin aparılmasında və insanlarla ünsiyyətlə əlaqədar digər sahələrdə istifadə oluna bilər. Alimlər sistemdə onu əksər sahələrdə potensial baxımdan qiymətli alətə çevirən təkmilləşdirmə işlərini davam etdirirlər.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL