waplog

“WhatsApp” messenceri milyonlarla istifadəçiyə əlçatmaz olacaq


Britaniyanın “Daily Express” nəşri yazır ki, ani mesajlarla mübadilə proqramı olan “WhatsApp” messenceri artıq köhnə qurğuları dəstəkləməyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, sözügedən messencer “iPhone 3GS”, “Windows Phone 7” qurğularında, “Android 2.1” və “2.2” mobil əməliyyat sistemi ilə işləyən smartfonlarda əlçatmaz olacaq.

Tərtibatçılar bildiriblər ki, bu cihazlar artıq sözügedən proqramda yaxın gələcəkdə istifadəyə veriləcək imkanları dəstəkləmək iqtidarında deyillər.

Sözügedən messencer “Blackberry OS”, “Blackberry 10”, “Nokia S40” və “Nokia Symbian S60” platformalarında 30 iyun tarixinədək işləyəcək.

Hazırda dünyada 1 milyarddan çox istifadəçi “WhatsApp” messencerindən istifadə edir.

Emil Hüseynov


RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL