waplog

“Ağıllı” mayka fiziki aktivliyi izləməyə kömək edəcək


“Polar” şirkəti istifadəçinin fiziki aktivliyi izləməyə imkan verən “ağıllı” “Polar Team Pro Shirt” maykasını təqdim edib. Geyim bədənə kip yapışan quraşdırılmış ötürücülər vasitəsilə istifadəçinin ürək döyüntüsünün tez-tez vurmasını və fəallığını izləməyə kömək edir. Öz növbəsində ötürücülər qeydə alınan məlumatları kürəyin yuxarı hissəsində bərkidilən çıxarılıb taxılan modula ötürdükdən sonra informasiya smartfon və ya planşetə göndərilir. “Polar” mütəxəssislərinin fikrincə, onların məhsulu təkcə aktiv istirahət həvəskarları deyil, peşəkar idmançılar tərəfindən yüksək qiymətləndiriləcək. 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, quraşdırılmış ötürücülər sayəsində “Polar Team Pro Shirt” real vaxt rejimində hərəkəti izləyir, eləcə də sürət və qət edilən məsafə kimi göstəricilərin monitorinqini həyata keçirir. Qət edilən məsafənin ölçülməsi imkanının olması isə idman komandalarının məşqləri üçün xüsusi əhəmiyyətə malikdir. Şirkətin “Polar Team Pro” platformasını dəstəkləyən digər məhsulla paralel istifadə imkanının mövcudluğu “Polar Team Pro Shirt” maykasını başqa məmulatlardan fərqləndirir.  

Açıq-boz rəngli S-XL ölçülü “ağıllı” maykanın bu ilin martında satışa çıxarılacağı nəzərdə tutulur. Gözlənilən qiymət barədə məlumat verilmir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL