waplog

“Ağıllı” daraq saçların qayğısına qalacaq


“L’Oreal” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində dünyanın ilk “ağıllı” darağını nümayiş etdirib. “Hair Coach” adlanan qurğu adi kosmetik aksessuarlardan istifadəçini saçları zədələyə biləcək sərt istifadə barədə xəbərdarlıq etməsi ilə fərqlənir.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, daraq “Withings” şirkəti (Nokia şirkətinin bölməsi) ilə birlikdə ərsəyə gətirilib. Qurğuya mikrofon, cərəyanötürən və giroskopun daxil olduğu bütöv sensorlar kompleksi inteqrasiya edilib. Daxil olan məlumatların qiymətləndirilməsi sayəsində mobil proqram saçların zədələnmə dərəcəsi, nəmlik, kövrəklik və qarışıqlıq kimi əsas sağlamlıq parametrlərini müəyyənləşdirə bilir.

Əldə edilən informasiya yerli hava proqnozu (rütubət, temperatur, küləyin sürəti) ilə uyğunlaşdırıldıqdan sonra onun əsasında qurğu istifadəçisinə saçların qayğısına qalmaq üçün tövsiyələr verilir.

Maraqlıdır ki, istehsalçı adi daraq dizaynını saxlamaq qərarına gələrək futuristlik əlavə etməkdən imtina edib. Bu, qeyri-standart elementlərin sadə alıcını uzaqlaşdıra bilməsi, klassik dizaynın isə “ağıllı” funksiyaların tədricən insanların həyatına tətbiqinə imkan verməsi ilə izah olunur.

Satışına bu il başlanacaq “Hair Coach” darağının pərakəndə satış qiyməti hələlik açıqlanmasa da, ekspertlər onun 200 dollardan çox olmayacağını düşünürlər.

Nizam Nuriyev
 




RYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL