waplog

Bu il yeni növ kiberhücumların yaranacağı proqnozlaşdırılır


Ekspertlər internet şəbəkəsindən istifadənin əvvəlki kimi olmayacağını bildirərək 2017-ci ildə haker hücumlarının sayının artması və zərərli proqramların əvvəllər qeydə alınmayan naməlum sxemlər üzrə yayılması kimi ciddi təhlükələrin yaranacağını proqnozlaşdırırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “WatchGuard Technologits” şirkəti nümayəndələrinin sözlərinə görə, əvvəllər qurğunun virusa internetdən (əsasən şübhəli faylların yüklənməsi zamanı) yoluxması və bir kompüterdə quraşdırılması hallarına tez-tez təsadüf edilməsinə baxmayaraq yaxın gələcəkdə təhlükəli proqram təminatı birbaşa şəbəkədən daxil olmağa başlayacaq və kompüterləri hətta lokal qoşulmalardan bloklamaqla vacib məlumatları şifrləyəcək və pul vəsaitlərini oğurlayacaq.

Həmçinin cinayətkarlar tərəfindən qurbanın bank məlumatının ələ keçirilməsi ehtimalının artacağı gözlənilir.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL