waplog

“Tanvas” texnologiyası sensor ekranda əşyaların teksturasını hiss etməyə imkan verir


Sensor ekranlar mobil və məişət qurğuları ilə qarşılıqlı əlaqə üsulunu dəyişdirsə də,  uzun müddət bu sahədə heç bir inqilabi yenilik yox idi. "Tanvas" şirkətinin fikrincə, sensor ekranlarla qarşılıqlı əlaqə üzrə  inkişafın növbəti mərhələsi sensor səth üzərində təsvir edilmiş müxtəlif teksturaları taktil hissetmə imkanı olmalıdır. Şirkət "CES 2017" sərgisində müxtəlif materialların teksturasını hiss etməyə imkan verən displey nümayiş etdirib. Məsələn, mobil proqramda biri pambıqdan, digəri isə velvetdən tikilmiş şalvarlar göstərilib. Bu şalvarlara barmaqla toxunduqda materialları hiss etmək mümkündür.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Tanvas" şirkəti, həmçinin müxtəlif əşya və materiallardan (su, çınqıl, qum və sairə) ibarət mobil tətbiq nümayiş etdirib. Sensor ekranda təsvir olunan bu materialların hər birinə barmaqla toxunduqda sanki real həyatda olduğu kimi hiss edirsən. Bunun sirri ondadır ki, "TanvasTouch" texnologiyası taktil hisslərin barmağın ucluğuna ötürülməsi üçün elektromaqnit impulslardan istifadə edir.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL