waplog

İnteraktiv avtomobil salonlarının yaradılması üçün əlavə reallıq texnologiyası tətbiq ediləcək


Yaponiyanın “Panasonic” şirkəti “CES 2017” sərgisində sürücüsüz avtomobillər üçün avtonom kabinə konseptini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkətin yaratdığı konsepsiya adi avtomobildən daha çox tam avtomobil evə və ya təkərli ofisə bənzəyir. Konsept yaxın vaxtlarda ictimai yollarda istifadəyə verilə biləcək sürücüsüz avtomobillərin imkanlarını nümayiş etdirir. “Panasonic Autonomous Cabin” adlanan texnologiya sərnişin oturacaqları və interaktiv interyer alətləri dəsti ilə təchiz edilən sürücüsüz avtomobildir.
 
Konseptə sərnişinlər tərəfindən əyləncə və səyahət haqqında məlumatın əldə edilməsi üçün istifadə oluna bilən dörd rəqəmli interaktiv paneldən ibarət mərkəzi stol daxildir. Dörd displeyin hamısını oyunlar və s. göstərməyə imkan verəcək bir ekranda birləşdirmək mümkündür.  

İnteryer bölməsində “ağıllı” materiallar ağac, metal və ya dəri kimi görünərək sensor ötürücüləri vasitəsilə idarə edilən informasiya ekranları qismində işləyirlər. Məhz bu adi avtomobil salonunu çoxlu funksiyalar yerinə yetirən və qurulmadan asılı olaraq görünüşünü dəyişən əlavə reallıq texnologiyasının elementi təşkil edir. Əlavə reallığın daha bir elementi marşrut və ya görməli yerlər barədə müxtəlif informasiyanı göstərə bilən avtomobil pəncərələridir. Bundan başqa, interyerə idarəetməsi bütün avtomobil displeylərindən mümkün olan soyuducu və qəhvə hazırlayan daxildir.

Konsept yardımçılarının sözlərinə görə, onların sistemini istənilən müasir avtomobildə quraşdırmaq mümkündür. “Panasonic” yaxın illərdə texnologiyanın tətbiqinə başlamağı planlaşdırır.

Nizam Nuriyev

 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL