waplog

10 il əvvəl ilk “iPhone” smartfonu təqdim edilib


“Apple” korporasiyasının qurucusu Stiv Cobs 9 yanvar 2007-ci il tarixində Kaliforniyada “iPhone” smartfonunun ilk modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin sabiq direktoru stilusla idarəetmə tələb etməyən böyük sensor ekran, rahat brauzer və musiqi pleyerini sözügedən qurğunun əsas özəlliyi adlandırmışdı. Cobs cihazı "üçü birində" kimi təsvir etmişdi: internetə çıxış, telefon və “iPod”.

İlk “iPhone” modelinin xüsusiyyətləri indikilərlə müqayisədə zəif olub. Daxili yaddaşın tutumu 4 QB, əməli yaddaş isə 128 MB təşkil edib. Smartfon 2 meqapiksellik kamera ilə təchiz edilmiş, ekranın diaqonalı isə 3.5 düymə bərabər olub.

İndiyədək ilk “iPhone” modelinin 6 milyondan çox  nüsxəsi satılıb. “Apple” şirkəti 2010-cu ilin yayında bu smartfonun istehsalını dayandırıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL